Sənaye texnikası

İstehsal sənayesində rəqəmsal transformasiya

Texnoloji innovasiya, fərdiləşdirməyə dair tələblər və sərt qlobal rəqabət sənaye texnikası istehsalçılarından məhsullarında davamlı olaraq innovasiya və optimallaşdırma tələb edir. Bu məqsədlə texnika istehsalçıları bazara çıxma müddətini azaltmaq, avadanlığın işini yaxşılaşdırmaq, daha çox etibarlılıq yaratmaq və sahiblik dəyərinə nəzarət etmək üçün qabaqcıl multidissiplinar dizayn üsullarından və virtual alətlərdən istifadə etməlidirlər.

Sənaye seqmentləri

Texnika istehsalçıları

Texnika istehsalçıları

Mürəkkəb sənaye avadanlıqlarının istehsalçıları fərdiləşdirmə, tənzimləmə və qloballaşma tələbləri ilə üzləşirlər.

Dəzgah istehsalçıları

Dəzgah istehsalçıları

Metal kəsmə və aşqarlar istehsal edən avadanlıq istehsalçıları dəyişən tələblər və güclü rəqabətlə üzləşirlər.

Komponent istehsalçıları

Komponent istehsalçıları

Texnika istehsalçıları üçün ixtisaslaşdırılmış, yüksək keyfiyyətli və sərfəli komponentlərin istehsalı.

PLM ehtiyaclarınızı müzakirə etməyə hazırsınızmı? İnteqrasiya üzrə mütəxəssislərimizlə əlaqə saxlayın.

Funksional həllər

"Advanced machine engineering" həlləri

Plandan istehsala qədər prosesi işə salmaq çətin ola bilər. Siemens Digital Industries Software-in maşın dizayn həlli, "Advanced Machine Engineering" (Qabaqcıl texnika mühəndisliyi) ilə şirkətiniz dərhal rəqəmsal innovasiyaya başlaya və məhsuldarlığı artıra bilər. Bizim "Advanced Machine Engineering" həllimiz hazır maşınların işlənib hazırlanmasında daha çox etibarlılığı təmin edir, virtual layihələndirmə və istismar vasitəsilə istehsalda real istismara çıxarma vaxtını azaldır, nəticədə daha yaxşı ilkin yoxlama, daha qısa istismar başlama müddətləri və daha yaxşı dərhal məhsuldarlıq əldə etməyə imkan yaradır.

Digital part production

Orijinal avadanlıq istehsalçıları, eləcə də onların təchizat zəncirindəki tərəfdaşlarının qarçısında sənaye texnikası üçün hissələr və komponentlərin istehsal edilməsi vəzifəsi dayanır. Hər iki müəssisə üçün məhsulun funksionallığı çox vacibdir. "Digital part production" (Rəqəmsal Hissə İstehsalı) həllimiz yüksək davamlılıq və dəqiqlik ehtiyaclarını qarşılayaraq yeni hissələrin daha böyük avadanlığa inteqrasiyasını təmin edir. Bu, tez hazırlanan və istehsal gücünü maksimum dərəcədə artırmaqla yanaçı etibarlılığı və ən yüksək keyfiyyəti təmin edən hissələrin istehsal edilməsinə imkan yaradır.

Xidmətin yaşam dövrü və analitika

Məhsulların idarə edilməsinə kompleks şəklində yanaşan şirkətlərin öz iş proseslərini optimallaşdırmaq, məhsuldarlığı artırmaq və resursların israf edilməsini azaltmaq ehtimalı daha yüksəkdir. Məhsulun yaşam dövrünün idarə edilməsində mühüm komponent analitikadır. Xidmətin yaşam dövrü və analitika həllərimizlə biz sizə avadanlığın işləməsi, istehsal səviyyələri və digər əməliyyat sahələri haqqında əsas fikirlər əldə etmək üçün əşyaların internetindən istifadə etməyə kömək edirik. Bu göstəricilər hərtərəfli rəqəmsal əkizin əsasını təşkil edir, avadanlıq/zavod şəraitinin sınaqdan keçirilməsi və strateji qərarların icrası üçün istifadə olunan avadanlıqların virtual formasıdır.

Məhsulun işə salınmasının sürətləndirilməsi

Komponent istehsalçıları çox vaxt texnika istehsalçıranları ən yeni və ən böyük məhsullarla təmin etməkdə çətinlik çəkirlər. Bu məhsullar kiçik, sadə, tək hissəli əşyalardan tutmuş, böyük həcmdə hazırlanmış mürəkkəb hidravlik, pnevmatik və elektrik qurğularına qədər dəyişə bilər. Virtual emal həllərindən istifadə etməklə, bu iki seqment işlənib hazırlanma prosesi boyunca dəyişiklikləri izləyərkən məhsulları böyük həcmdə təmin edə, xərcləri azaltmağa və məhsulun istehsalını optimallaşdırmağa kömək edə bilər.