Siemens Digital Industries Software-in dəstəyi ilə Azərbaycanın paytaxtı Bakıda baş tutacaq 24 saatlıq texnologiya və innovasiya marafonuna sən də qoşul!
Texnologiya və dayanıqlı gələcək sənin üçün önəmlidirsə, bu hackathon məhz sənlikdir! Siemens DIS, 4SİM (Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi), yerli universitetlər və yerli tərəfdaşların birgə təşəbbüsü ilə keçiriləcək Dayanıqlı Dizayn Hackathonu 2025 tələbələri bir araya gətirərək real problemlərə texnoloji həllər tapmağa çağırır.
Dayanıqlı Dizayn Hackathonu Azərbaycan 2025 – Sənayedə rəqəmsal mərhələ - bərpa olunan enerji mənbələrı (külək, günəş, su), rəqəmsal iqtisadiyyat üçün rəqəmsal platform, kənd təsərrüfatı, tullantıların idarə olunması, yaşıl enerji, ağıllı şəhərlər.
Bakı şəhəri, Atletlər kəndi (Olimpiya kəndi), Heydər Əliyev prospekti 117
1-ci, 2-ci və 3-cü yer üçün pul mükafatları
25 komanda, hər komanda 3 - 5 nəfərdən ibarət
Bu hackathonun əsas məqsədi Azərbaycanın Qarabağ regionunda dayanıqlı inkişafı dəstəkləyən real, innovativ və texnoloji həllərin yaradılmasına təkan verməkdir. İştirakçılar Siemens DIS-in qabaqcıl texnoloji ekosistemi ilə tanış olacaq, fərdi və komanda şəklində mentorluq dəstəyi alacaqlar. Onlara ideyalarını peşəkar münsiflər heyəti qarşısında təqdim etmək imkanı veriləcək. Seçilmiş layihələr həm texniki, həm də biznes baxımından dəstəklənəcək və inkişaf etdirilməsi üçün imkanlar yaradılacaq.
 
         
        Bu hackathon, 2026-cı ildə Şuşada keçiriləcək “Qarabağın Rəqəmsal İqtisadiyyatı” Beynəlxalq Elmi Konfransının birinci mərhələsini təşkil edir. Hackathon nəticəsində ortaya çıxan ən perspektivli layihələr konfrans çərçivəsində təqdim olunacaq və Qarabağda fəaliyyət göstərən şirkətlər tərəfindən dəstəklənərək regionda iş imkanlarına çevrilə bilər.
• Azərbaycandaki problemlərə innovativ həll yolları təklif edənlərdən biri ol
• Peşəkar Mentor və hakimlərlə networking imkanı qazan
• Komandan ilə İdeyadan prototipə gedən yolu kəşf et
• Siemens-in texnologiyalarına çıxış əldə et
• Pul mükafatı və sertifikat qazan
• CV-nə və şəbəkənə dəyər qat
• Konfransda ideyani ekspertlər önündə təqdim et
 
        Hackathonda iştirak etmək istəyən komandalar 3-5 nəfərdən ibarət olmalıdır (üzvlər eyni və ya fərqli universitetlərdən ola bilərlər). Bütün iştirakçılar tamştatlı 3 və ya 4-cü kurs bakalavr və ya magistratura tələbəsi olmalıdır. Müraciət zamanı komanda adı, iştirakçıların CV-ləri, əsas texniki və yaradıcı bacarıqlar, eləcə də motivasiya suallarına səmimi cavablar təqdim edilməlidir.
Layihələrin Mendix Studio Pro platformasında hazırlanması və təqdim olunması tövsiyə olunur. Mendix – Siemens Digital Industries Software-in sahib olduğu qabaqcıl low-code platformadır və iştirakçılara sürətli və keyfiyyətli prototiplər yaratmaq imkanı verir. Komandada bu platformadan istifadə bacarığı olan və Mendix Academy üzərindən ‘Studio Pro Rapid Developer’ sertifikatını əldə etmiş iştirakçının olması, layihənin texniki keyfiyyətinə və komandaların finala çıxmaq şansına müsbət təsir göstərə bilər.
Mendix Academydən qeydiyyat linki - https://login.mendix.com/oidp/login (*universitet emaili ilə qeydiyyatdan keçilməlidir)
Tələb olunan kurslar:
1) https://academy.mendix.com/link/paths/139/Build-Your-App-Using-a-Template
2) https://academy.mendix.com/link/paths/164/Become-a-Rapid-Developer
İlk on komandaya Siemens DIS və 4SİM-dən beynəlxalq sertifikatlaşdırılmış platformalardan onlayn öyrənmə kursları hədiyyə ediləcək. Bütün iştirakçılar sertifikat və xüsusi hakaton məhsulları (merch) ilə təmin olunacaq. İştirakçılara 24 saat ərzində qalmaq üçün yer, gündə bir dəfə nahar və iki dəfə kofe fasiləsi daxil olmaqla, tam qida təminatı təqdim ediləcək.
Müraciət üçün son tarix
Təsdiq və iştirak razılığı
Tədbir tarixi
Toplanma və qeydiyyat
Açılış mərasimi
Challenge izahı və komandaların yerləşdirilməsi
Hackathon vaxtı
*Qeyd-su,kofe, çay və qidalanmadan hackaton müddəti ərzində istənilən zaman, hər bir iştirakçı yararlana bilər.
Layihələrin tamamlanması və təqdimata hazırlıq
Təqdimatlar və sual-cavab
Münsiflərin qapalı qiymətləndirmə sessiyası
Mükafatlandırma
Qapanış partisi və şəbəkələşmə
*Qeyd-su,kofe, çay və qidalanmadan hackaton müddəti ərzində istənilən zaman, hər bir iştirakçı yararlana bilər.