Iac 2023

Beynəlxalq Astronavtika Konqresi

74-cü Beynəlxalq Astronavtika Konqresi

Əlaqələr qurun, şəbəkə yaradın və tərəfdaşlıq edin

Beynəlxalq Astronavtika Konqresi hamımızı bir araya gətirən, qlobal çağırışlar qarşısında birləşən və bəşəriyyətin rifahı naminə kosmosun istifadə olunmamış potensialını tədqiq etməyə hazır olan mükəmməl bir platformadır.

2023-cü ildə qlobal kosmos ictimaiyyəti Bakıda Beynəlxalq Astronavtika Konqresində yenidən bir araya gələcək. Düz 50 il əvvəl Bakı 24-cü IAC-yə ev sahibliyi edib və regionda bunu edən ilk və yeganə şəhər olmuşdu.
Bu, şübhəsiz ki, Azərbaycanın kosmik sənayesinin inkişafı tarixində mühüm hadisədir, çünki regional kosmik ekosistemin formalaşmasına dəstək verməyə və bu sahədə yeni yaranmaqda olan mövqeyini möhkəmləndirməyə can atan bir ölkə kimi bizim əsas prioritetlərimizdən biridir.
Beynəlxalq Astronavtika Konqresi (IAC 2023) Azərbaycanın paytaxtı Bakıya 5000-dən çox iştirakçı cəlb edəcək. Kosmos sahəsində ən son yenilikləri araşdıran qonaqlar və iştirakçılar eyni zamanda misilsiz Azərbaycan qonaqpərvərliyi və orijinal mədəniyyəti ilə tanış olmaq üçün unikal şans əldə edəcəklər.
Biz bu əlamətdar hadisənin bir hissəsiyik! Azərbaycanda, Bakıda baş tutacaq astronavtika tədbirində bizə qoşulun!